Yezidə Aman Vermə Canunu Al..!

 

Yolundan azana,Şah! sən dəlil ol.

Doğru yol görsədüb ağzunda dil ol.

Dilərsən gunahından qurtulasan;

Yüri ,Şah dərgahında sən dəxil ol.

Görərsən düşmüş ayağ, tut əlini,

Sən ona göydən enmiş cəbrail ol.

Nə fayda yaramaz söz eşidərsən,

Qulağa almasan onu fətil ol.

Rəhim qıl sən fəqiri dərdməndə,

Şahın verlüsinə,sən vərəgil ol.

Mühibbi xanidan olmaq dilərsən?

Hüseyni kərbalayə var! Qətil ol.

Xətai handa görsən sən yəzidi,

Aman vermə, canını al! Əzrail ol.

        Şah İsmayıl Xətai"nin Yazdığı Qəzəl

Bu xəbər üçün rəy mövcud deyildir.Fikriniz bizim üçün dəyərlidir.


Rəy yaz