December 20,2017 By Təvəkkül Səfəvi
Mükafata:
Dövlət rəhbərləri,
Türk Dünyasında xidmətləri olan şəxslər,
İctimai-siyasi xadimlər,
Tarix,Ədəbiyyat,Din sahəsində xidmətləri olan şəxslər,
Mədəniyyət və incəsənət,xeyriyyəçilik sahəsində xidmətləri olan şəxslər layiq görüləcək.
Xahişimiz ondan ibarətdir ki,layiq gördüyünüz şəxslərin Türk Dünyası üçün faydalı işlərini bizim elektron ünvanımıza göndərəsiniz.
Fondun və Holding-in prezidenti
Təvəkkül Səfəvi.
Türk qardaşlarıma salamlar olsun!Çox gözəl bir mükafatdır.Əla tərtib v təsis olunub.İnşallah, layiqlilərə ödül olaraq verilə bilər.
Çox faydalı , lazımlı və ağıllı bir qərardır !SUPER ! Təbrik edirəm ! Uğurlar arzulayıram . İnanıram ki , bu orden həqiqi - layiqli sahibini tapacaqdır !AMİN ! _____________________________________ BÜTÜN TÜRK DÜNYASININ SALAMLAYIRAM VƏ AYIQ OLMAĞA , BİRLƏŞMƏYƏ ÇAĞIRIRAM : ********************** EY DÜNYANIN TÜRKLƏRİ , BİRLƏŞİN ! --------------------- Salam olsun adına ,qüdrətli türk millətim ! Yetiş elin dadına , əzmi böyük millətim! Şəninizə qoşduğum bu ülvi şeiriyyətim , Sizə ərmağan olsun , halallıqla bölüşün ! Ey dünyanın türkləri, qardaş olun, birləşin! Bir ağacın kökündən su içib boy atmışıq , Harda olsaq, dar gündə, bir səngərdə yatmışıq. Çiyin – çiyinə verib dağları oynatmışıq. Tək olsaq , taleyimiz necə olar?! Bir düşün ! Ey dünyanın türkləri ,qardaş olun, birləşin ! Sürüdən ayrı düşən aslan da məğlub olar. Qoşalaşıb hərb edən sərçə də zəfər çalar. İmam da camaatla camidə namaz qılar, Xalq durmasa arxada , şeytan görər öz işin! Ey dünyanın türkləri , qardaş olun , birləşin ! Yer üzü cami olsun, Türkiyə- imamımız , Səf tutaq arxasında, səcdə edək hamımız! Minarəni bəzəsin Ay- ulduz bayrağımız. Tanrı sizə yar olsun! Haqq üçündür yürüşün! Ey dünyanın türkləri, qardaş olun, birləşin! Ərzi öz məhvərindən hər gün çalxalayırlar, Ana yurdun saçını qanla “yaxalayırlar !”. “Demokratiya “ – deyənlər, hələ “ yuxulayırlar”. Ayağını elə bas , dağ oynatsın yerişin. Ey dünyanın türkləri , qardaş olun , birləşin! Hacı Malik həkimin ürəyində yerləşin !
Amin bildirib :
Salam.Əla təşəbbüsdür.Düşünürəm ki,bu medala ən layiqli şəxs Ayb və Ajb-nin üzvü dəyərli yazıçı-kitabçı Xan Rəsuloğlu olar.Çünki əksər türk ədəbiyyatı antalogiyalarının,türk dünyasıyla bağlı qəzet və jurnalların yaranmasında böyük əziyyəti vardır!