Şah İsmayıl Xətai.

MƏHƏBBƏTDƏN KEÇƏN

HƏQDƏN DƏ KEÇƏR.

Şah İsmayıl Xətai.

Batinimdə dedi mənə bir əziz,

Məhəbbətdən keçən həqdən də keçər,

Verməz nəsibini kəsin gəzasin,

Məhəbbətdən keçən həqdən də keçər.

Məhəbbət adəmi həqqə yaradır,

Məhəbbət etmiyən can mudaradir,

Dünya axirətdə üzü qaradır,

Məhəbbətdən keçən həqdən də keçər.

Gerçək olan bir nəfəsə inana,

Canımız veririz qurban canana,

Lə'nət olsun iqrarından dönənə,

Məhəbbətdən keçən həqdən də keçər.

Məhəbbətdən hasil oldu Muhəmməd,

Əliyə verildi cümlə vilayət,

On İki İmamın ərkanı şəfaət,

Məhəbbətdən keçən həqdən də keçər.

Dört qapı, qırx məqam, yetmiş iki qat,

Məhəbbət dedilər təcəlliyi zat,

Mo'minə müslimə xeyir, nəsihət,

Məhəbbətdən keçən həqdən də keçər.

Məhəbbət dediyin xaslar xasidir,

Məhəbbət olmiyan həqqin nəsidir?

Dost " Xətai " - nin bu həq nəfəsidir,

Məhəbbətdən keçən həqdən də keçər.

Bu xəbər üçün rəy mövcud deyildir.Fikriniz bizim üçün dəyərlidir.


Rəy yaz