ŞAH İSMAYIL SAFEVİ, ŞEYX HAÇI BEKTAŞ VƏLİ ŞƏRƏFİNƏ YAZDIĞI QOŞMA

ŞAH İSMAYIL SAFEVİ, ŞEYX HAÇI

BEKTAŞ VƏLİ ŞƏRƏFİNƏ

YAZDIĞI QOŞMA.
 

Dünyadən əlin çək divanə gözlüm,

Ulaş bir ustada ər ilə görüş.

Mürşid nəzərini yad edərsə dil,

İkilikdə geçib bir ilə görüş.
 

Ər ətəyinə yüz sürmək dilərsən,

Əslinə, zatına ermək dilərsən,

Həqqi camalını görmək dilərsən,

Nur ilə nur olub sirrilə görüş.
 

Sen nəfsini öldür, olagür yeksən,

Varlıq köynəyini eyləgil üryan,

Yeddi iqlim, dörd güşədə la_məkan,

Ərənlərin sirri nurilə görüş.
 

Aşiqi sadıqlar ola gəlmişdir,

Ağlıyanlar bu gün dilə gəlmişdir,

Əl ələ həqqə bula gəlmişdir,

Tanı kəndi özün pir ilə görüş.
 

Xətai biçarə quldur şahına,

Hünkar Hacı Bektaş nəzərgahına,

Dili gönül həq ol, düş dərgahına,

Ər onların dersən ər ilə görüş.

Rəylər

January 07,2022

Erdoğan Tozoğlu bildirib :

Bu çok özel şiiri manasına uygun olarak besteleyeceğim. Saygılarımla

December 30,2021

Ümit Kurnaz bildirib :

Çok güzel


Rəy yaz