QIZILBAŞLAR.Gerçek Bir Tarix.

Türkiyəli tarixçilər M.Kunt, H.G.Yurdaydın və A.Ödekan, Anadolu türkmanlarının Osmanlı dövlətindən qaçıb Səfəvi dövlətinə sığınmalarının səbəbini belə izah edir:

"Anadolu türkmanlarını şeyx olarkən şah olan İsmayılın yanına çəkən yalnız təriqət və şeyx eşqi, Səfəvi bayrağı altında qəzaya qaçmaq şövqü deyildi. Osmanoğulları Anadoluda genişlədikcə, buyruq altına aldıqları yörələrdə köhnə İsfəndiyar, Qaraman ya da Ağqoyunlu idarəetmələrinə görə çox daha mərkəzçi və məhdudlaşdırıcı bir siyasi quruluş yerləşdirirdilər. Anadolu türkmanlarının köməyi ilə qurulan Osmanlı dövləti Balkanlarda və Anadoluda inkişaf etdikcə, uc boyu Balkanlarda Makedoniyaya, Serbiyaya, Macarıstana uzandıqca, Osman bəyə ilk dəstəyi təmin edən türkmanların əksəriyyəti arxada, Anadoluda qalmışdılar. Uc boyu yerinə, iç bölgə halına gələn Anadoluda Osmanlılar əvvəlki boş, dəyişkən idarəetmə yerinə, qanunnamələri, təhrirləri, dəftərləri, katibləri, komandirləri, qadıları ilə dövlət gücünü hər yörədə hiss etdirən oturaq bir nizam qururdular.

Anadolu uc boyu xüsusiyyətini itirib iç bölgə olduqdan sonra belə İsfəndiyar, Qaraman, Ağqoyunlu idarəetməsi nisbətən boş sayılırdı. Osmanlılar gələndə kəndliləri, şəhərliləri olduğu kimi, türkman obalarını və boylarını da müəyyən qanunlar çənbəri içərisinə sıxışdırmağa girişirdilər. Köçəri oymaqlarına şəriəti və Osmanlı qanununu tətbiq edən qadılar təyin edilir, kiçik-böyük köçəri vahidləri subaşıların ya da sancaq bəylərinin dirlikləri içərisində zəbt-rəbtə salınırdı. Osmanlı idarəsi bir sürü vergi, rüsm və öhdəlik gətirirdi türkmanlara. Qoyun vergisi, yaylaq-qışlaq rüsmları ilə başlayan bu öhdəliklər, türkmanların ənənəvi sərbəst həyatını məhdudlaşdırır, hətta zaman keçdikcə kəndlilər şəhərlilər kimi onları itaətkar, dövlətə baş əyən bir oturaq nizama keçməyə məcbur edirdi. Osmanlı idarəsinin qanunlarından və bürokratlarından qaçan türkmanların özlərinə həm öyrəşdikləri sərbəst bir həyat, həm əhəmiyyətli bir siyasi-hərbi rol, həm də təriqət çərçivəsi daxilində dini bir həyəcan ümidi verən Şah İsmayıla qaçmalarına təəccüblənməmək lazımdır".

Mənbə:

Metin Kunt, Hüseyin G.Yurdaydın, Ayla Ödekan, "Türkiye Tarihi 2: Osmanlı Devleti 1300~1600", səh.106.

Bu xəbər üçün rəy mövcud deyildir.Fikriniz bizim üçün dəyərlidir.


Rəy yaz