March 23,2018 By Təvəkkül Səfəvi
Çox sevindiricidir ki, son dövrlər Qardaş Türkiyədə çap olunan kitablar müəlliflər tərəfindən tarixi faktlara, mənbəyə söykənən nəşrlərə nail olunub.
İllər idi ki, Səfəvilər dövləti, Şah İsmayıl Xətai, Qızılbaş sülalələri haqqında qardaş ölkədə olan bəzi yazıçılar əsərlərində tarixi mənbəyə və faktlara söykənməyən kitablar çap edirdilər.
Bu da xalqlarımız arasında narazılıqa səbəb olurdu. Həmçinin bir sıra filmlərdə də tənqidlərə yol verilirdi.
Bir şeyi dərk etmək lazımdır ki, dünya tarixçiləri, Səfəvilər dövləti, Qızılbaşlar haqqında kifayət qədər obyektiv faktlara söykənən əsərlər yazıblar.
Bu mənbələri, əsərləri əldə etmək heç bir əziyyət tələb etmir və həqiqəti də heç vaxt gizlətmək mümkün deyil.
Müəlliflərə də minnətdarlığımızı bildiririk ki, araşdırıb ərsəyə gətirdikləri əsərlərə görə də mükafatlarını alacaqlar. Gec-tez həqiqət üzə çıxır.
Biz ona nail olmalıyıq ki, Qardaş Türk Dövlətlərində də bu əsərlər təkrar çap olunsun.
Bu xəbər üçün rəy mövcud deyildir.Fikriniz bizim üçün dəyərlidir.