GERCAK TARİX

ZAMANIN VE GERÇƏYİN TARİXİ

TƏKRARI.

İlər ötdükcə bir hadisəni unuda bilmirəm o hadisə bugün Ukrayna xalqına qarşı Rus şovinist siyasətinin nəticəsi sahəsində aparılan genasid'dir.Bizdər Sovetlər birliyinin əsarəti altında olduğumuz zaman məcburən onun silahlı ordusunda xidmət etməyə məkum idik.

Mənim qismətimə Qardaş Ukrayna respublikasında iki ilə yaxın xidmət etmək düşüb mən o xalqın tarixinə, coğrafiyasına adət ənənələrin yaxşı bələdəm.

Bir gün xidmətdə olarkən bizə hərbi hissə komandiri tərəfindən Çernavsı şəhər ətrafında bir neçə kənddəki mühüm bir əməliyyat keçirilməsini tapşırıldı.Mənə bölük komandir səlahət verilmişdi, mən nəyin baş verdiyini hələm yaxşı anlamırdım tapşırıq ondan ibarət idi ki, kənddəki evlərə axşam 21…00 da başlıyaraq icazəsiz soxulursuz axtarış aparılıb şüpəli insanları maşınlara mindirərək tapşırılan yerə gətirirsiniz.Əməliyatı başlayaraq bir evə daxil olduqda evdə olan ailənin necə təşvişə məruz qaldığını gördüm və mənə tabe olan əsgərlərə tapşırıq verdim ki,heç bir qəddar hərəkət etməsinlər.Evdə olan altı nəfərdən ibarət olan ailəni sakitləşdirməyə çalışdım bu alənin yaşlı bir qadın mənə bir sual verdi siz rus millətinə mənsub olana oxsamirsiz, mən cavabında hə mən Azərbaycanlıyam deyib Bakı'nın adını çəkdim o isə esidmisəm bildirdi.Mən uşaqların sakitləşməsi üçün əskərləri bayıra çıxmasını göstəriş verdim. Mən yaşlı qadına bildirdim ki, bizə əmr veriblər o isə mənə sizi anlayıram rusdar bizi illərdiki qorxu altında saxlayırlar tez tez belə əməliyyatlar keçirirlər qəddarlıqlar edirlər bizim xalqımıza qarşı.Bizim xalqımız ona görə rus əsgər geyimində insanları görəndə nifrət edirik, siz anlayın bizi.O qadın 1941-1945 çi il müharibə acılarını görmüş birisi idi söylədiki Almanlar bu torpağlari işğal edəndə bizdere heç bir acı yaşatmadılar bu rus şovinist siyasəti nəticəsində bizdəri bitirilər.

İllər ötdü o qadının söylədiyi heç bir zaman yaddaşımdan silinməyib,rus şovinist siyasəti nəticəsində bizdərde o acıları gördük.

Allah Amanında Olasınız.

Bu xəbər üçün rəy mövcud deyildir.Fikriniz bizim üçün dəyərlidir.


Rəy yaz