Qüdrətli Azərbaycan Dövləti


Şah İsmayılın çox gənc yaşlarında hakimiyyət uğrunda döyüşlərə atılması,istədiyinə nail olub qüdrətli Azərbaycan dövləti yaratması onun ulu babalarının çoxəsrlik mübarizə və ənənələrilə bağlı idi,onların uzun müddət davam edən ardıcıl mübarizələrinin uğurlu nəticəsi və yekunu idi.Bu dövrdə Azərbaycan dövlətinin sərhədləri Qaraqoyunlular və Ağqoyunlular dövründəki sərhədləri aşıb keçsə də,çoxmillətli bir dövlətə çevrilsə də qaynaqlarda yazıldığı və araşdırmalarda etiraf olunduğu kimi, "Qızılbaş-Midiya dövləti" kimi tanınırdı.Bu qeyd və etiraflar Şah İsmayılla başlanan Səfəvilər dövlətinin Azərbaycan torpağında Midiyadan sonra yaranan ən güclü dövlət oldğunu bir daha təsdiq edir.
Bu dövlətin Səfəvilər adlanması isə Xətainin ulu babalarından olan və çox vaxt sadə şəkildə Şeyx Səfi adlandırılan Şeyx Səfiəddin Ərdəbilinin(1252-1335) adından götürülmüşdür.
XII-XIV əsrlərin sərhədində yaşayan Şeyx Səfiəddin İshaq Ərdəbilinin dövründən fəaliyyətə başlayan Ərdəbil Darül-İrşadı nəinki təkcə Azərbaycan miqyasında,bəlkə bütün yaxın Şərq aləmində gedən elmi,fəlsəfi döyüşlərin ən güclü mərkəzindən biri kimi tanınmışdır.Bir yandan xürrəmilik və məzdəkilik,bir başqa yandan sufizimlə bağlı olan,bir çox hallarda qızılbaşlıq adı ilə tanınan səfəviyyə fikri cərəyanı burada formalaşmış,buradan Şərqin bir çox ölkələrinə yayılmışdır.Darül-İrşad adi bir təriqət xanəgahı olmaqdan çox zamanın tələblərindən irəli gələn bir fikir və ideologiya ocağı idi.Bu ocağa inamla gələn fədakar sufilər,müridlər vaxtilə Şah İsmayılın babsı Şeyx Cüneydə və atası Şeyx Heydərə dayaq olmuş,onlara yeni bir dövlətin bünövrəsini qoymaqda yaxından kömək etmişdilər.Şeyx Səfiəddin nəslinin nümayəndələri bütün Azərbaycan birləşməsi arzusunda idilər.Lakin Azərbaycanın Qaraqoyunlu və Ağqoyunlu dovlətinin hökmdarları və Teymurilər nəslinin nümayəndələri onların yolunda dayanmışdılar.Ağqoyunlular dövlətinin banisi,böyük sərkərdə İmperator Uzun Həsən hakimiyyətini möhkəmlətmək naminə Səfəvilərlə ittifaqa girir.Əvvəlcə o,bacısı Xədicə bəyimi Şeyx Cüneydə,sonra isə öz qızı - Trabzon imperatorunun nəvəsi Martanı (Aləmşah bəyimi) Şeyx Heydərə ərə verir.Ağqoyunlular Səfəvilərlə qohum olmaqla onlardan gələ biləcək təhlükənin qarşısını almaq,yeri gələndə onlardan istifadə etmək məqsədi güdürdülər.Lakin Ağqoyunluların Səfəvilərlə münasibətləri sabit qalmır.Səfəvilərin get-gedə artan güc və qüdrəti onları qorxuya salır.Şirvanşahlarla döyüşlərdə Şeyx Heydər xəyanətlə öldürülür.Şeyx Heydərin ölümündən sonra İsmayılın dayısı Sultan Yaqub Ağqoyunlu Ərdəbili zəbt edərək,Şeyxin azyaşlı oğulları Sultan Əlini,İbrahimi və İsmayılı,eləcə də öx bacısı Aləmşah bəyimi əsir alır.O zaman İsmayılın hələ iki yaşı tamam olmamışdı.(İsmayıl 1487-ci il iyulun 23-də Ərdəbilə doğulmuşdur)

1490-cı ildə hakimiyyətə gəlmiş Sultan Yaqubun oğlu Baysonqur artıq bir ildən sonra öz qohumu Rüstəç Mirzə Ağqoyunlu tərəfindən devrilir.Rüstəm Mirzə Səfəvilərdən istifadə etmək məqsədilə Şeyx Heydərin oğullarını həbsdən azad edir.O,Sultan Əlini Baysonqurla döyüşdə köməyə çağırır.
Rüstəm Mirzə Ərdəbil torpaqlarını Sultan Əliyə qaytarır.Lakin bir müddətdən sonra o,Sultan Əliyə qarşı çıxır və Sultan Əli qeyri-bərabər döyüşdə həlak olur.Qızılbaşların köməyilə yeddi yaşlı İsmayıl gizlənə bilir.Əvvələcə onu Ərdəbildə gizlədirlər.Sonradan,şəhərdə qardaşların axtarışı gücləndiyi zamanan onu Rəştə,oradan da Gilan hökmdarı Həsən xanın sarayına gətirirlər.O, altı il burada qalaraq Lələ Hüseyn tərəfində tərbiyə olunur.İsmayıl tanınmış əmir və alimlərin rəhbərliyi altında mülki,hərbi və dini təhsilini davam etdiri,qorxmaz bir sərkərdə və həssas düşüncəli bir ziyalı kimi yetişdirilir.13 yaşı tamam olandan sonra İsmayıl həddi-büluğa çatmış gənc kimi artıq mütəqil siyasi və hərbi fəaliyyətə başlaya bilir.

1499-cu ilin avqustunfa İsmayıl və onun tərəfdarları belə qərara gəlirlər ki,hakimiyyəti ələ almaq uğrunda qəti döyüşlərin vaxtı çatmışdır.Ağqoyunlu şəhzadələri arasında hakimiyyət uğrunda gedən didişmələrin kəskinləşməsi bunun üçün əlverişli şəraiti yaratmışdı.İsmayıl və onun tərəfdarları 70 nəfərdaən ibarət bir dəstə ilə Gilandan yola düşürlər.O, öz dəstəsi ilə birlikdə qışı Astarada keçirir.Sonra Çuxur-Səadidən keçərək Ərzincana yollanırlar.Yolboyu onların ətrafına ustaclı,təkəli,varsaq,zülqədr,qacar,əfşar tayfalarından çoxlu adamlar toplaşırlar.Ərzincanda keçirilən baxış zamanı məlum olur ki,onun bayrağı altında 7000-dən artıq döyüşçü var.
Şah İsmayıl Xətainin məqsədi Azərbaycanı böyük və qüdrətli bir dövlətə çevirmək idi.Bu məqsədinə nail olmaq üçün o,ilk yürüşünü Şirvan üzərinə edir.Bu yürüş zamanı Kür-Araz qovşağının "Qoyunölümü" adlanan yerində keçid olmalı imiş.Payız daşqını ordunun yolunu kəsir.Gözləmək,qayıqlar hazırlamaq üçün vaxt itirmək Şirvan üzərinə hücumun gözlənilməzliyini əldən vermək demək idi.Vaxt itirməyin mənasız olduğunu dərindən anlayan Şah İsmayıl Xətai əlverişli bir yer seçib çayı keçməyə başlayır.Qızılbaş sərkərdələri və əsgərləri əvvəlcə bu işə heyrət edirlər,sonra onlar da atlarını suya salıb heç bir təlafat vermədən çayı keçirlər.Bu hərəkət orduda Şah İsmayılın nüfuzunu daha da artırır.Çayı keçdikdən sonra onlar heç bir müqavimətə rast gəlməyərək,Şirvanın paytaxtı Şamaxını tutur.
1500-cü ildə Şah İsmayılın yeddi minlik qoşunu ilə Şirvan şahı Fərrux Yasarın 20 min atlı və 6 min piyadası olan qoşunu üz-üzə gəlir.Şamaxı yaxınlığında Cəbani adlanan yerdə baş verən döyüşdə Fərrux Yasar məğlub olur və Biğurd qalasına pənah aparmaq istəyir.O, yolda Lələ Hüseyn bəyin cilovdan Şahgəldi ağa tərəfindən təsadüfən tutulub öldürülür.Onun Fərrux Yasar olduğunu ancaq bir qədər sonra əsirlər söyləyirlər.Elə həmin ildə Bakı qalası alınır.Bakı qalasının alınmasındada Şah İsmayıl böyük müdriklik və rəşadət nümayiş etdirir.Şah İsmayıl bundan sonra ordusu ilə birlikdə Şamaxıya qayıdır,Biğurd,Gülüstan və Sürxab qalalarını ələ keçirməyə hazırlaşır.Lakin bu vaxt Əlvənd Mirzənin Culfaya qoşun çıxartması onun planını dəyişdirir.
Şah İsmayılla Əlvənd Mirzə arasında əvvəlcə bir neçə məktub mübadiləsi olur.Ağqoyunluların ayrı-ayrı istiqamətlərdə hərəkət edən dəstələri ilə vuruşmalarda qızılbaş dəstələri mühüm qələbələr qazanırlar.Əlvənd Mirzə ilə Şah İsmayıl arasındakı əsas toqquşma Naxçıvan yaxınlığındakı Çərur düzündə başlayır.Bu döyüşdə böyük itki verərək Ağqoyunlular məğlub olur,Əlvənd Mirzə isə zorla canını qurtarıb Ərzincana qaçır.Bu qələbədən sonra
Şah İsmayıl Təbrizə doğru hərəkət edir.
1501-ci ilin payızında Şah İsmayıl paytaxt şəhəri Təbrizə daxil olaraq,orada Azərbaycanın şahı elan edilir və onun adına xütbə oxunur.Azərbaycan dili dövlət dilinə çevrilir.Azərbaycan dövlətinin çiçəklənməsi dövründə Heratdan Bağdadadək uzanan nəhəng ərazidə Azərbaycan dilində danışılırdı.1503-cü ilini yazında Şah İsmayıl Əcəm İraqı ilə İran hökmdarı,Ağqoyunlu dövlətinin sərhədlərini bərpa etməyə cəhd göstərən Ağqoyunlu Murad Padşah üzərində qələbə çalır və Ağqoyunli dövləti süqut edir.1503-cü ildə Mazandaran,1504-cü ildə Yəzd,Kirman,Fars,Kaşan,1506-cü ildə Mərəş,Diyarbəkr,1508-ci ildə
Bağdadla birlikdə bütün İraq fəth olunur.
Qüdrətli Azərbaycan Dövlətinin hökmdarı Şah İsmayılın ordusunun yaxınlaşması xəbərini eşidən Bağdad hakimi Barik bəy əhali tərəfindən müdafiə
olunmadığını görüb gece ikən qaçır.Azərbaycan ordusu hələ Bağdada çatmamış şəhərin came məscidində Şah İsmayılın adına xütbə oxunur.
Şah İsmayıl Bağdadda qaldığı müddətdə ziyarətgahlara böyük qayğı göstərir,əhalinin böyük xahişi ilə quldurluqla məşğul olan bədəvilərin hərami
dəstələrini darmadağın edir.
Şeybani xan və Sultan Səlimlə müharibələri də Şah İsmayılın həyat və fəaliyyətində mühüm yer tutur.Məlum olduğu kimi,Teymur və onun övladlarının
dövründə Azərbaycanın bir çox elm və mədəniyyət xadimləri Səmərqənd,Herat və Buxara şəhərlərinə aparılmışdı.Şah İsmayılın Şeybani xan üzərindəki qələbəsi bu axının istiqamətini dəyişdirdi.Vətənindən ayrı salınmış bir çox sənətkar və yaxud onların varisləri yenidən doğma yurda qayıtmağa başladılar.
1510-cu ildə Şah İsmayıl Xorasan üzərinə yürüş edir.Azərbaycan ordusunun qəfildən Xorasana yetişdiyi xəbərini alan Şeybani xan çaşbaş
qalır,qorxusundan Heratdan Mərvə qaçır.Xorasan və Heratdan başlamış Bədəxşan,Kabul və Qəndəhara qədər böyük bir ərazi Azərbaycanın ərazisinə
keçir.Herat Azərbaycan dövlətinin ikinci mühüm mərkəzinə çevrilir.Bir neçə ildən sonra Şah İsmayılın böyük oğlu Təhmasib Mirzə Herat mərkəz olmaqla Orta Asiyaya vali təyin edilir.
Azərbaycan dövləti gündən-günə qüdrətlənir və onun ərazisi 2 milyon 8 yüz min kvadrat kilometrə qədər genişlənir.
Azərbaycan dövlətinin sürətli inkişafı,qısa bir müddətdə Şərqin ən qüdrətli dövlətlərindən birinə çevrilməsi,Osmanlıların Şah İsmayıla və
Azərbaycana qarşı qorxu,ehtiyyat,qibtə,hətta düşmən münasibəti bəslənməsinə səbəb olurdu.
Azərbaycan dövlətinin qüdrətlənməsini görən düşmən dövlətlər Osmanlılardan istifadə edərək,onlara top,tüfəng və bir sıra yardımlar göstərirlər.
İngilislər silah sarıdan Osmanlılara daha çox yardım edir.Osmanlı sultanı I Səlim Azərbaycan sərhədində 200 minlik nəhəng qoşun toplayır.
1514-cü il avqustun 26-da Çaldıran yaxınlığında döyüş baş verir.Osmanlıların sayca böyük üstünlüyü və onların ordusunda İngilislərdən alınmış
300 topun olması öz nəticəsini göstərməyə başlayır.Döyüş üç gün davam edir.Şah İsmayıl bu döyüşlərdə qeyri-adi rəşadət göstərir,özünü dönə-dönə qoşunun qəlbgahına vurur,qılıncı ilə topların bağlandığı zəncirləri doğrayır,hətta əsasında müəyyən həqiqət dayanan bir rəvayətə görə qılıncı ilə bir
topun lüləsini vurub yaralayır.Şah İsmayılın öz gücünə həddindən artıq inanması,özünü məğlubedilməz sayması,ağıllı məsləhətləri eşitməməsi və bir sıra taktiki səhvlərə yol verməsi ilə əlaqədardır.Qızılbaş sərkərdələri Şah İsmayıla Osmanlı ordusuna gecə ikən hücum etməyi məsləhət görürlər.
Şah İsmayıl isə Azəri Türkünə məxsus kişilik nümayiş etdirərək bunu şəxsiyyətinə sığışdırmır.Tarix çoxdan sübut edib ki,Şah İsmayıl bunu etsəydi Sultan Səlimin ordusunu darmadağın etmiş olardı.Bundan əlavə Şah İsmayıl bu mühəribəyə lazım olduğu şəkildə hazırlaşmır və İngilislər tərəfindən Osmanlılara 300 topun verilməsindən xəbərsiz olur.Buna görə də döyüş başlanan zaman Şah İsmayıl bu vuruşa əhəmiyyət vermədiyini bildirmək üçün bildirçin ovuna gedir.
Azərbaycanın Çaldıran mühəribəsindən məğlubiyyəti acı və ağır nəticələrini göstərir.Osmanlı Sulatanı I Səlim Xoy,Mərənd və Təbrizi ələ
keçirir.Lakin I Səlim Təbrizdə çox dayanmağa müvəffəq olmur,talan etdiyi Azərbaycan sərvəti ilə barəbar,bir çox incəsənət xadimini və sənətkarları da əsir tutub aparır ki,bunlar da sonradan Osmanlıların incəsənətini və sənətkarlığını inkişaf etdirir.
1515-ci ildə Osmanlı Türkiyəsi ilə sülh bağlanır.Osmanlılar həmişəlik qərbi Anadoluya yiyələnir,lakin sonrakı 100 il ərzində yenədə Azərbaycan
Osmanlıların təzyiqinə və talanına məruz qalır.Faktiki olaraq,bütün Yaxın Şərqdə Azərbaycanlılar müəyyən dərəcədə Osmanlılara qarşı dayanaraq,öz müstəqilliklərini qoruya bilmişlər.Şah İsmayılın hakimiyyəti dövründə Azərbaycanın sərvətlərində gözü olan düşmənlər min bir hiylə ilə bu sərvətləri ələ keçirməyə çalışmış və buna qismən də nail olmuşlar.
Çaldıran döyüşündə Şah İsmayılın ömründə ilk və son dəfə məğlub olması ona çox güclü şəkildə təsir etdi.Hökmdarın həyat sevinci birdə özünə
qayıtmadı,simasına əbədi bir tutqunluq və kədər çökdü.Bu hadisə onun üçün adi bir məğlubiyyət deyildi,ən böyük arzu və istəklərinin puça çıxması demək idi.O,tutduğu işdəki,yoldakı müəyyən yanlışlıqları ancaq bu məğlubiyyətdən sonra bütün aydınlığı ilə dərk etməyə başladı.
Çaldıran məğlubiyyətindən sonra Şah İsmayıl 10 il yaşasa da heç bir ciddi hərbi səfər etmir.Onun ölümü ilə bağlı qaynaqlarda belə bir qeyd vardır ki, Şah İsmayıl ölümündən bir qədər əvvəl yorğunluq hiss etdiyindən ova çıxır.O,sağalmaq ümidi ilə Şəki mahalına gəlir.Şah dağa ov edir.Ov şənliyi qurtarar-qurtarmaz o,ağır şəkildə xəstələnir və dərhal Ərdəbilə qayıdır.Burada da onun halı yaxşılaşmır.Tələsik Təbrizə yola düşürlər.Yolda Sarab yaxınlığındakı Manqutay adlı yerdə halı o qədərdə ağırlaşır ki,düşərgə salmalı olurlar.Həkimlərin səyi,müalicəsi bir fayda vermir.1524-cü il iyunun 23-də Şah İsmayıl Xətai vəfat edir.Onun cəsədini Ərdəbilə gətirib,Şeyx Səfi türbəsinin yanında dəfn edirlər.
Şah İsmayıl Xətai 38 yaşında,həyatının yaradıcılığının,arzularının ən qaynar bir çağında dünyadan köçür.Lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmış,onu Azərbaycan xalqının siyasi və mədənin tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırmışdır.Dünya tarixçiləri Şah İsmayıl Xətainin hərbi istedadı və şəxsiyyəti haqqında əsərlər yazmışlar.
Şah İsmayıl Xətainin apardığı müharibələr onun vahid Azərbaycan dövləti yaratmaq arzu və istəyindən irəli gəlirdi.O,Azərbaycan dilini dövlət və şeir dilinə çevirmiş,ölkənin siyası,ictimai,iqtisadi və mədəni inkişafı üçün ölçüyəgəlməz dərəcədə böyük işlər görmüşdür.