Səfəvilər nəslindən olmağımla qürur duyuram.

Səfəvilər Sülaləsinin 3 əsrə yaxın hakimiyyətdə olması,qüdrətli Səfəvilər dövlətini yaranması,nəslin hər bir üzvünün şərəfli həyat yaşaması uğrunda istər Şah İsmayıl istərsə də nəslin nümayəndələri dövlətin qüdrətlənməsinə mədəniyyətin,incəsənətin inkişafına çalışmışlar.

 

Ümumiyyətlə,Səfəvilər nəsli tarix boyu xalqın məhəbbətini,etimadını qazanmışlar.80 yaxın Türk Qızılbaş tayfalarını öz ətraflarında birləşdirməyi bacarmışlar.Onların sədaqətini qazanmışlar.

Səfəvilər nəsli hakimmiyyətdə olduğu dövrdə dilinin,dininin inkişafını, öz şəxsi mənafelərini  xalqın mənafelərindən üstün tutmamışdılar.

İncəsənətin,ədəbiyyatın,tətbiqi sənətin,rəssamlığın sahəsindəki xidmətləri də əbəssizdir.Buna misal olaraq dünyaya səpələnmiş bizim mədəni irsimizdir ki, biz bununla öyünə bilərik.

 

Mən nəslin nümayəndəsi olaraq,nəslin irsinin,xidmətlərinin araşdırılmasına çalışıram.Bu yükün nənim üzərimə düşməsi əbəs deyildir.Bir talehdir.

Şah İsmayıl Xətai fondunu və Səfəvilər Holdingi yaratmaqda məqsədim,bu əbədi irsi Xalqımızda və Dünya Xalqlarında yaşatmaqdır.

Bu günə kimi gördüyüm işlərdə nə qədər nail olmuşamsa sizlər qiymət verəcəksiniz.Bu yükü daşımaq yolunda hər cür əziyyətlərə rast gəldim.

Heç kimin köməyinə və təklifinə etiraz etməmişəm.Həmişə fikirlərə,təkliflərə hörmətlə yanaşmışam.Tariximiz və gələcəyimiz,gördüyümüz işlərlə bağlı kiminsə kömək etməsinə etiraz etmirəm.

Allah amanında !

 

Hörmətlə :

Səfəvilər Holdingin və Şah İsmayıl Xətai fondunun prezidenti

Şeyx Təvəkkül Səfəvi